İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, İsrailin 12-ci kanalı Hizbullahın PUA-larının bir neçə nəfəri öldürdüyü və yaralandığını və İsrailin infrastrukturuna külli miqdarda ziyan vurduğunu açıqlayıb.
Bu xəbər kanalının məlumatına görə, Hizbullah hər gün İsrailə bir neçə PUA göndərir ki, yüksək gücə malik olduqları üçün İsrailin Hava Hücumundan Müdafiə sistemi onların qarşısını ala bilmir.
Bu hesabat Hizbullahın işğal olunmuş Fələstinin şimalındakı sionist qəsəbə və bazalarını onlarla raketlə hədəfə aldığı əməliyyatla eyni vaxtda dərc olunur.
Sizin rəyiniz